Respublika Günü İtaliya mətbuatının diqqətində

Respublika Günü İtaliya mətbuatının diqqətində
  02 İyun 2020    Oxunub:2929
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində 28 May - Respublika Günü ilə bağlı 40-a yaxın xəbər, məqalə, videoreportaj yayılıb.
Askanews xəbər agentliyi Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş "28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı" adlı videokonfrans, habelə Romanın qədim tarixi mərkəzində “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması barədə silsilə yazılar və videoreportajlar yayıb.

Bu yazılar və videoreportajlar eləcə də İtaliyanın “İl Sole 24 Ore”, “İl Tempo”, “Affari İtaliani”, “Virgilio”, “Notizie Tiscali”, “Yahoo Notizie”, “Today”, “Timgate”, “Corriere di Siena”, “Corriere dell’Umbira”, “Corriere di Arezzo”, “Corriere di Rieti”, “Corriere di Viterbo”, “Fanpage”, “Quotidiano”, “İl Fogliettone”, “TPİ” və sair kimi kütləvi informasiya vasitələri tərəfindən dərc edilib.

Məlumatlarda 28 May - Respublika Gününün əhəmiyyəti, Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, Azərbaycan-İtaliya strateji tərəfdaşlığından danışılır. Tədbirlərlə bağlı İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano, İtaliya Nazirlər Şurasında parlamentlə əlaqələr üzrə dövlət katibi Canluka Kastaldi, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, sabiq ədliyyə naziri, hazırda nüfuzlu “Luiss Guido Carli” Universitetinin vitse-prezidenti Paola Severino, “Snam SpA” şirkətinin vitse-prezidenti Alessandra Pasini, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin fikirlərinə yer verilib.

Eləcə də 28 May – Respublika Gününün əhəmiyyəti və bu xüsusda İtaliyada təşkil olunmuş tədbirlərlə bağlı “Giornale Diplomatico”, “İl Dinaro”, “Notizie Geopolitiche” və sair KİV-lərdə də məqalələr dərc olunub.

Azvision.az



Teqlər: İtaliya  





Xəbər lenti